Son dəqiqə! İŞİD azərbaycanlıların yaşadığı şəhəri partlatmaq istədi - VİDEO

OXUNUB: 1128 DÜNYA

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada nəqliyyatda terror aktı törətməyə hazırlaşan "İslam dövləti” terror təşkilatının dörd üzvünü saxlayıb. 

İcmal.Az xəbər verir ki, bu barədə TASS-a FTX-nın İctimaiyyətlə əlaqələr mərkəzindən bildiriblər. 

"Mayın 25-də terror qrupunun 4 üzvü saxlanılıb, onlar Rusiya və Mərkəzi Asiya vətəndaşlarıdır. Saxlanılan şəxslər əldəqayırma partlayıcı vasitələr ilə Moskvanın nəqliyyat infrastrukturlarında terror aktına hazırlaşırdılar”, - FTX-dən bildiriblər. 

Terror qrupuna rəhbərlik Suriya ərazisindən edilib. "Terrorçular diversiya-terror aktından sonra "İslam dövləti” terror təşkilatının tərkibində döyüşlərdə iştirak etmək üçün Suriyaya getməyə planlaşdırırdılar”, - FTX əlavə edib. 


 



 

İcmal.Az

RƏYLƏR