Moskvada toy kortejində atəş açan azərbaycanlı saxlanıldı

OXUNUB: 325 HADİSƏ
Moskvada toy kortejində atəş açan şəxs saxlanılıb.

İcmal.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib. Hadisənin ötən gün şəhərin cənubunda yerləşən "Tsaritsino" parkında baş verdiyi bildirilir.

Bu barədə polisə şəhər sakinlərindən biri məlumat verib. O, bildirib ki, toy kortejində olan şəxs "Volvo" avtomobilindən çıxaraq pistoletdən havaya bir neçə atəş açıb. Həmin şəxs saxlanılıb. Onun 36 yaşlı Azərbayan vətəndaşı olduğu məlum olub. Şəxsin kimliyi açıqlanmır. Onun travmatik "Vendetta" pistoletindən istifadə etdiyi aydınlaşıb.
 
İcmal.Az

RƏYLƏR