MOSSAD-ın ən güclü şöbələrindən biri koronavirusa görə hərəkətə keçdi - SƏBƏB

OXUNUB: 1071 DÜNYA
İsraildə koronvirusa yoluxanların sayı artır.
"New York Times" xəbər verir ki, MOSSAD-ın gizli casusluq cihazları hazırlayan şöbəsi yeni növ koronavirusun İsraildə vəzifəli şəxslər arasında yayılması səbəbilə fəaliyyətə keçib. Xüsusilə İsrailin Səhiyyə naziri Yakov Litzmanda COVİD-19 çıxması ilə hərəkətə keçən MOSSAD agentləri ölkədə yeni növ koronavirusun yayılmasının qarşısını almağa çalışacaq. Onlar həmçinin ölkəyə tibbi ləvazimatların təhlükəsiz şəkildə gətirilməsinə və xəstəxanalara paylanmasına nəzarət edəcək. Verilən məlumata görə, adını açıqlamayan MOSSAD rəsmisi televiziya kanalına verdiyi açıqlamada digər ölkələrin əvvəldən sifariş verdiyi ləvazimatları onlardan əvvəl satın alaraq İsrailə gətirdiklərini etiraf edib. Qeyd edə ki, bu günə qədər İsraildə 11 nəfər yeni növ koronavirusa yoluxub, 103 nəfər isə həmin xəstəlik səbəbilə dünyasını dəyişib.

RƏYLƏR