Mosulda qadınların niqab geyinməsinə qadağa qoyuldu

OXUNUB: 838 DÜNYA
İraq hökuməti təhlükəsizlik məqsədi ilə Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyub.  

Bu barədə "Sky News" telekanalı məlumat yayıb.

Qadağanın İŞİD terrorçularının niqab geyimi altında gizlənmə ehtimalı ilə əlaqədar olaraq tətbiq edilib.

Bundan başqa, saat 18.00-dan etibarən  şəhərdə motosikletlə hərəkət etmək qadağan olunub.

Həmçinin, elektron cihazlar mağazalarının sahiblərinə mobil telefon və sim-kart alıcılarının kimliyini qeydə almaq tapşırılıb./apa
 

İcmal.Az

RƏYLƏR