Mozambikdə 17 nəfər zibil topası altında qalaraq ölüb - VİDEO

OXUNUB: 544 DÜNYA

Mozambikin paytaxtı Maputu şəhərində 15 metr hündürlüyündə olan məişət tullantıları topasının uçması nəticəsində 17 nəfər ölüb.

Bu barədə Portuqaliyanın "Lusa" informasiya agentliyi məlumat yayıb.

Ölkənin fövqəladə hallar naziri Fatimə Belşuirin sözlərinə görə, zibil topası evin üzərinə dağılıb və həmin zaman mənzildə bir neçə ailənin üzvləri olub. Bəzi sakinlər evi vaxtında tərk edə biliblər.

Yerli hökumət nümayəndələri güman edirlər ki, zibil dağıntıları altında insanlar qala və axtarış işləri başa çatdıqdan sonra faciə qurbanlarının sayı arta bilər./report

 

İcmal.Az

RƏYLƏR