MTN çetesi yenidən iş başında: “İŞ ADAMINA QARŞI ALİ MƏHKƏMƏDƏ TƏXRİBAT DAVAM EDİR” - FOTOFAKT

OXUNUB: 1615 GÜNDƏM Seçilmiş Önəmli HADİSƏ

7NEWS.azxəbər verir ki, ötən il redaksiyamıza müraciət edən tanınmış iş adamı, MTN çetesi tərəfindən müflis edilənMaqsud Mahmudovlabağlı məhkəmə prosesi başa çatmışdır. Sonuncu məhkəmədə Maqsud Mahmudov MTN çetesinin üzvü olan Quluzadə Cavid Məhəbbətoğlunu udaraq ədalətin bərpa olunmasına nail olmuşdur.

Ali Məhkəmənin qərarı olmasına baxmayaraq Quluzadə Cavid Məhəbbətoğluiş adamının qardaşı oğlu Cəmil Mahmudzadəyə məxsus 90 ZD 650 dövlət nömrə nişanlı Mercedes Benz C300 minik avtomobilini geri qaytarmayıb. Bu barədə saytımıza Mahmudzadə Cəmil Mahmud oğlu özü məlumat verib: "Təxminən 2015-ci ildə əmim Mahmudov Maqsuda qarşı başlamış təxribat işi nəticəsində mənim mülkiyyətimdə olan 90 ZD 650 dövlət nömrə nişanlı Mercedes Benz C300 minik avtomobili də zor güc tətbiq etməklə Quluzadə Cavid Məhəbbətoğlu tərəfindən əlimdən alınmışdır. 2 ildir ki, mən məhkəmələrdəyəm. İlkin, appelyasiya və Ali Məhkəmə mənim xeyrimə qərar qəbul etsə də Quluzadə Cavid Məhəbbətoğlu avtomobilimi geri qaytarmaq niyyətində deyil. O, qeyd edir ki, guya avtomobili başqa bir şəxsə satıbdır. Lakin məhkəmələrdə həmin şəxsi dəvət etmək, iştirakını təmin etmək mümkün olmamışdır. Daha sonra Quluzadə Cavid Məhəbbətoğlu öz əlaqələrini işə salaraq prosesi yenidən Ali Məhkəməyə göndərmişdir. Növbəti məhkəmə 07 avqust 2018-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ələsgər Əliyevin rəhbərliyi ilə baş tutacaqdır”

Daha sonra iş adamı Maqsud Mahmudov ilginc detalları saytımıza açıqladı: "MTN çetesi illərdir mənə və mənim kimi bir çox sahibkara ziyan vurub. Biz bu ziyanın zərərlərini hələ də faktiki olaraq çiyinlərimizdə daşıyırıq. Quluzadə Cavid Məhəbbətoğlunun bizim başımıza açdığı oyunlar öz himayədarları tərəfindən davam etdirilir. Məhz bizim müraciətlərimizdən sonra Quluzadə Cavid Məhəbbətoğluna qarşı Nərimanov məhkəməsinin qərarına əsasən xüsusi qərardatla cinayət işinin başlanması üçün Respublika Prokurorluğuna müraciət olunmuşdur. Sonra mənə dedilər ki, Cavid Quluzadənin himayədarı Azərbaycan Respublikası Ali MəhkəməsiMülki Kollegiyanın sədri Şəlalə Məmmədovadır. 2008-ci ildə "Azərbaycan Respublikasının Əməkdar hüquqşünası" adına layiq görülmüş belə bir hörmətli xanımın cinayətkara, MTN çetesinin üzvünə kömək etməsinə düzdü inamadım. Və bu prosesi, söz-söhbəti dəqiqləşdirmək üçün Şəlalə xanımla dəfələrlə görüşməyə, qəbuluna düşməyə çalışdım. Lakin bütün cəhdlərim boşa çıxdı. Bu da deyilənləri hardasa təsdiq etmiş olur. Lakin mən hər zaman olduğu kimi bu prosesdə də yalnız və yalnız sahibkarların dostu olan Prezidentimiz İlham Əliyevə və Vitse-Prezidentimiz Mehriban xanım Əliyevaya güvənirəm. MTN çetesinin sonuncu üzvü belə təmizlənməyənə qədər iş adamlarına qarşı təzyiqlər davam edəcəkdir”

Mövzunu davam etdirəcəyik.

7NEWS.az







RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}