"MTN işi"ndə adı hallanan şirkətin rəhbəri deputat olmaq istəyir

OXUNUB: 1264 HADİSƏ

Təmir, tikinti və dizayn işləri həyata keçirən "Zaferoğlu İnşaat” şirkətinin rəhbəri Zəfər Məmmədov 2020-ci ilin fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak edəcək.

 

7News.Az-ın xəbərinə görə, Z.Məmmədov 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputatlığa iddialıdır.

 

Həmin dairədən Hakim Yeni Azərbaycan Partiyasının namizədi Pərvin Kərimzadədir.

 

Qeyd edək ki, mətbuatda "Zaferoğlu İnşaat” şirkətinin adı "MTN işi”ndə və vergi ödəməsindən yayınması ilə bağlı məlumatlarda hallanıb.

 

 

 

7News.Az

RƏYLƏR