Muğanbankın reytinqi 'CCC + / C' səviyyəsindən 'B- / B' səviyyəsinə yüksəlmişdir

OXUNUB: 567 İQTİSADİYYAT BANK

22 iyun 2021-ci il tarixdə  S&P Global Ratings beynəlxalq reytinq agentliyi  Muğanbank üzrə uzun və qısamüddətli emitent kredit reytinqlərini 'CCC + / C' dən 'B- / B' səviyyəsinə yüksəltmiş, banka dair proqnozunu Sabit olaraq qiymətləndirmişdir. Agentliyin məlumatına əsasən Muğanbankın ani likvidlik əmsalı sabitləşmiş və 2021-ci ildə (minimum normativ 30%-lə müqayisədə) 50%-dən yuxarı olmuş, fiziki şəxslərin depozit bazası isə 2021-ci il aprel ayının əvvəlində depozitlərin tam sığortalanma müddəti bitdikdən sonra artmışdır. Məlumatda, həmçinin, banka, nəzarətçi səhmdarı tərəfindən 5 milyon Azərbaycan manatı məbləğində kapital qoyuluşunun edildiyi və bankın 2021-ci ilin ilk beş ayı ərzində yerli mühasibat standartlarına uyğun olaraq kiçik həcmdə mənfəət əldə etdiyi qeyd edilir. Qeyd edilən müsbət tendensiyalar, S&P Global Ratings-in bank üzrə uzun və qısamüddətli emitent kredit reytinqlərini 'CCC + / C' səviyyəsindən 'B- / B' səviyyəsinə yüksəltməsinə səbəb olmuşdur. 
Agentlik, növbəti 12 ay ərzində bankın reytiqinin Sabit-dən Müsbət səviyyəyə yüksələcəyini ehtimal etmir, bankın franşizasının rentabelli böyümə ilə nəticələnmədiyi və aktivlərin keyfiyyətindəki yaxşılaşma tendensiyasının əksinə olacağı təqdirdə isə, növbəti 12 ay ərzində mənfi reytinqin yarana biləcəyini, depozitlərin bankdan axını baş verdikdə, likvidliyin zəifləyəcəyini proqnozlaşdırır.

RƏYLƏR