“Müasir Azərbaycan Qadını – 4 ” layihəsinin açılış mərasimi keçirildi

OXUNUB: 914 QHT

 "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzində "Müasir Azərbaycan Qadını - 4” layihəsinin açılış mərasimi keçirildi.

        Açılış mərasimində "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova, Azərbaycanda Qadın Sahibkarlağının İnkişafı Assosiasiyasının sədri, Bakı Tekstil Fabrikinin rəhbəri Səkinə Babayeva, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin nümayəndəsi Ulduz Babayeva, "Tovuz Baltiya LTD”-nin icraçı direktoru Günel Məmmədhəsənova, "Karvan L MMC”-nin icraçı direktoru Rəna Qəfərova və   "Müasir Azərbaycan Qadını - 4” layihəsinə müsabiqədən keçən qadınlar iştirak ediblər.

          İlk öncə layihənin açılışını edən "Loqos” Psixoloji Xidmət və Nitq İnkişaf Mərkəzinin rəhbəri Təranə Məmmədova qeyd etdi ki, "Müasir Azərbaycan Qadını - 4” layihəsi mart ayının 9-nə qədər davam edəcəkdir. Layihənin bağlanış mərasimi Ağdam şəhərində keçiriləcəkdir. Daha sonra açılış mərasiminə dəvət edilən qonaqları təqdim edən T.Məmmədova bugünki mövzunun "Qadın və sahibkarlıq” mövzusu olduğunu iştirakçılara elan etdi.

         Daha sonra qonaqlar qadınları maraqlandıran sualları cavablandırdılar və öz həyat hekayələrindən bəhs etdilər. Natiqlər qeyd etdilər ki, Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri yetişmişdir. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş  və fəaliyyətləri genişlənmişdir. Ümummilli liderimiz Heydər Əliyev qadınların cəmiyyətdəki rolu ilə bağlı siyasətin səmərəli şəkildə həyata keçirilməsinə, onların dövlət quruculuğunda, elm, mədəniyyət, təhsil, səhiyyə, idmanda və s. geniş təmsil olunmalarına müstəsna əhəmiyyət verirdi. Elə bu siyasətin nəticəsi olaraq bu gün qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da yaxşı tanınır, beynəlxalq qurumlarda ölkəmizi ləyaqətlə təmsil edir.

           Tədbir layihəyə qatılan qadınlarda xoş əhval yaratdı və tədbir gözəl anlarla yekunlaşdı.

 

 

 

İcmal.Az

RƏYLƏR