Mübariz Mənsimov azadlığa çıxdıqdan sonra ilk dəfə MÜSAHİBƏ verdi: "Bunu hamımız görəcəyik"

OXUNUB: 687 index-manşet SİYASƏT
Azərbaycanlı iş adamı Mübariz Mənsimov ictimaiyyətin ilk dəfə eşidəcəyi məlumatları Türkiyədə fəaliyyət göstərən "HALK TV”-nin müxbiri İsmayıl Saymaza açıqlayıb. "Anews.az” olaraq həmin müsahibəni təqdim edirik:
 
– Bölgə Ədliyyə Məhkəməsi, təşkilata kömək etdiyiniz üçün verdiyi 5 illik cəzanı qüvvədə saxladı. Bu haqda nə düşünürsüz ?
 
–  "FETÖ ilə heç bir əlaqəmin olmadığı ortaya çıxacaqdır. Mənim işim Ali Məhkəmədədir. Kömək ? Hansı Kömək ? Mən heç bir təşkilata kömək etməmişəm. Sadəcə 2014-cü ildə sahibi olduğum hotel "Güllüoğlu”dan 2 kq paxlava aldı. Siz "Güllüoğlu”dan paxlava almamısınız ? Bu ölkədə bir nəfər çıxıb desin ki, "Güllüoğlu”dan şirniyyat yeməmişəm.
 
– "FETÖ ilə təmasda olmusunuz ?
 
– Mehmed Ağarla birlikdə Fətullah Gülənin yanına getdim. Getməyimi Mehmed Ağar istəmişdi. Yoxsa, Ağarın özü də FETÖ ilə mübarizəmi bilir. Gülənə qarşı heç vaxt simpatiyam olmayıb. Mənim məzhəbim şiəlikdir. Bizdə təriqət olmaz. Türkiyədə 20-dən çox məktəbim var idi. Bunu Təhsil Nazirliyi də bilir. Bunlardan biri Gülənə verildimi?
 
– Cəza niyə verildi?
 
– Cəzanın əbəs yerə verildiyini hamımız birlikdə görəcəyik.
 
– Marina ilə bağlı müdafiə iddianızı qoruyursunuz, elə deyilmi?
 
– Heç bir iş başa çatmayıb. Heç bir iddiamdan əl çəkmədim. Çəkmək fikrində də deyiləm.
 
– Sizcə Marina çöküldümü?
 
– İşçilərim tərəfindən aldadıldığımı düşünürəm. Mübariz Mənsimovun əmlakı asanlıqla yıxıla bilməz Biz qorxaq deyilik. Qoy kimsə mülkümə düşsün, məni hədələsin. FETÖ-nün mənə qarşı irəli sürdüyü ittihamnaməyə baxsanız, həmin işçilər mənim əleyhimə şahiddir. Bunların hamısı yalançı şahidlərdir.
 
– Marina itkisi FETÖ işi ilə əlaqəlidirmi?
 
– Bura Türkiyədir, hər şey ola bilər. Düşünmürəm ki, Marinanın yeni sahibləri, Türkiyə ədalətini təəcübləndirəcək gücə malikdirlər.
 
– Ağarı haradan tanıyırsınız?
 
– Təxminən 15 il əvvəl Heydər Əliyevin cənazəsi üçün Bakıya gəlmişdi. İş adamı Yusuf Uğur və millət vəkili Saffət Sancaqlı oteldə Mehmed Ağarı mənə təqdim etdilər və dedilər ki,  "O, sizinlə tanış olmaq istəyir” Beləcə tanış olduq.
 
– Bu əlaqəniz Türkiyədə də davam etdi, elə deyilmi?
 
– Ağarı həmişə millətçi bilmişəm. Dövlət xadimi kimi tanımışam. Çətin günlər yaşayırdı. Tək qalmasın deyə ona sahib çıxdım.
 
– Sahib çıxdım dedikdə nəyi nəzərdə tutursunuz?
 
– Yanımda qaldı, Ulusdakı evimi verdim, evimdə yaşadı. Həmçinin qonşum oldu. Təxminən 7-8 il birlikdə yaşadıq. Bir qəpik də almadım.
 
– Tolqa Ağarı marinanın idarə heyətinin sədri təyin etdinizmi?
 
 
– Tolqa Ağarı müdir təyin etdim. Yancaqdoldurma mənətqəsini onlara verdim.
 
– Mehmet Ağar həbsxanada olduğu müddətdə nələr baş verdi?
 
– Hər həftə yanına gedirdim. həbsxananın yaxınlığında helikopter meydançası qurdum. Marinadan həftədə bir dəfə helikopter xidməti alırdıq.
 
– Həbsxanadan çıxdıqdan sonra Gülənlə görüşmək istədiyini dedi?
 
– Fətullah Gülənin yanına getmək istəyirdi, biz də getdik.
 
– Niyə getmək istədi?
 
– Bunu ondan soruşun.
 
– Bildiyim qədərilə şəxsi təyyarənizlə Pensilvaniyaya getmisiniz.
 
– Mehmed Ağar həbsdən çıxdıqdan sonra Nyu-Yorka getdik.  Orada helikopter kirayələdim və biz Pensilvaniyaya getdik. İhan Kalkavan bizə qoşuldu. Gülənin qarşısında oturduq. Gülən Ərdoğan haqqında yaxşı danışmırdı. Mənsə dedim, "Kimsən sən? Ərdoğan sayəsində bu gün varsan. Qərar ver, mollasan yoxsa, siyasətçisən?” Bu sözlərimə görə, o pis oldu. "Düşünürəm ki, səhv yoldasınız. Sizə gələnlər də yanlış yoldadır”.  – bunu deyib yanından çıxdım. Bir müddət sonra Mehmed Ağar da gəldi.
 
– Bu ziyarət məhkəməyə sübut olaraq daxil edildi.
 
– 2017-ci ildə istintaq açıldı, 2019-cu ildə isə bağlandı. Məlum oldu ki, mən FETO tərəfdarı deyiləm. Buna baxmayaraq, 6 ay sonra gizli şahidlər çıxır. Oyun qurulur. Təşkilkata yardımdan 5 il cəza verilir. Mən heç vaxt belə cəfəngiyyat görmədim. Ən ağır FETO tərəfdarlarına belə 2,5-3 il vermişdilər. Bunu demək istəyirəm.  Türkiyə vətəndaşı olduğum üçün qürur duyuram. Heç kim məni bu ölkədən uzaqlaşdıra bilməz. Bütün var-dövlətimi bu ölkəyə köçürtdüm. Məzarımı Etilərdən 10 il əvvəl almışdım. Ölsəm, burada dəfn ediləcəm. Gedəcək başqa yerim yoxdur. Heç getmək niyyətim də yoxdur. Məhkəmə işlərindən imtina etməyi planlaşdırmıram. Qanun gec olsa da üstün olacaq.
 
– Ağar barəsində həbs qərarı verildikdən sonra nə oldu?
 
– Ağar 15 gün mənim evimdə qaldı. O vaxt mən və Tolqa Ağar həbsxananı təmir etdirdik. Hökümət təmir etdirmək istəyirdi, biz sponsorluq etdik. Təmir tamamlandıqdan sonra Mehmet Ağar təslim oldu.
 
– Nə qədər xərciniz çıxdı?
 
– Çox pul xərclədim, amma nə qədər xərclədiyimi xatırlamıram. Oğluna pul verdim, təmir etdirdik.
 
– Təmir işləri necə aparıldı?
 
– Çox gözəl təmir idi. Əvvəllər həbsxanada 51, hətta 70 adam var idi. Təmir davam edərkən, 17 nəfər üçün nəzərdə tutulmuşdu.
 
– İçəridə kimlər qalırdı?
 
– Bir aşpaz var idi. Siyasi və ya kobud tipli yox, kasıb insanlar idilər. Ağarın rahatlığı üçün düzəldilmişdi.
 
– Tək otaqda idi?
 
– Tək bir palatada yaşayırdı. TV, hamam, tualet; hər şeyi var idi.
 
– Ziyarətçiləri qəbul edə bilərdi, elə deyilmi?
 
– Helikopter meydançasını ona görə qurmuşdum ki, Marinadan həbsxanaya gələrək, hamı ziyarət edə bilsin.
 
– Əlavə etmək istədiyiniz bir şey var?
 
– Sadəcə bunu demək istəyirəm –  mən millətçiyəm, Atatürkün prinsiplərinə və Türkiyənin hüquq dövləti olduğuna inanan bir insanam.

RƏYLƏR