Mübariz Qurbanlı: Bu, sonradan müəyyən problemlərin yaranmasına səbəb olur

OXUNUB: 850 SOSİAL

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) dini məbədlərdə çəkilişlərin aparılması ilə bağlı Milli Televiziya və Radio Şurasına və Mətbuat Şurasına məktub ünvanlayıb.

Komitə sədri Mübariz Qurbanlı jurnalistlərə bildirib ki, bəzən dini abidələrdə çəkiliş aparır, mahnı oxuyur və dini həssaslığı nəzərə almırlar: "Bu isə sonradan müəyyən problemlərin yaranmasına səbəb olur.

Bütün dini abidələrdə, istər sinaqoq olsun, istər kilsə, istərsə də məscid - çəkiliş apararkən diqqətli və həssas olmaq lazımdır ki, sonradan problemlər ortaya çıxmasın. Qanunda bununla bağlı məsələ əksini tapmayıb, ancaq bu, mənəviyyat məsələsi olduğuna görə diqqətlə yanaşılmalıdır. Gələcəkdə bu məsələ ilə bağlı qanuna dəyişikliyin edilməsi nəzərdə tutulur”./trend

İcmal.Az

RƏYLƏR