Mübariz Qurbanlı dini ekstremistlərə qarşı keçirilən əməliyyatdan danışdı

OXUNUB: 595 SİYASƏT

"Dövlət Təhlükəsizlik Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları hansısa formada maliyyələşdirən dairələri ayıltmalıdır”.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlının fikrincə, həmin dairələr başa düşməlidir ki, hüquq-mühafizə orqanları Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi üçün, ictimai-siyasi sabitliyin qorunması üçün hər zaman hazırdır: "Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib. O şəxslər ki, Azərbaycanda terror törətmək, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, onlara qarşı qətiyyətli olmalıyıq. Onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”.

Qeyd edək ki, DTX-nin oktyabrın 25-də Xırdalan şəhərində keçirdiyi əməliyyatla Bakıda terror aktı törətməyə hazırlaşan dini ekstremist terror təşkilatının tabeliyini qəbul etmiş 3 nəfər məhv edilib.

İcmal.Az

RƏYLƏR