Müəllimi döyən şəxs həbs edilib

OXUNUB: 289 Özəl GÜNDƏM HADİSƏ
7NEWS.az xəbər verir ki, dünən sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşım edilib. Həmin görüntülərlə bağlı polis tərəfindən aparılan təxirəsalınmaz araşdırmalarla əməli 2000-ci il təvəllüdlü Fərid Əfəndizadənin törətməsi müəyyən olunub. 

Fakt üzrə Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən CM-in 221.3-cü (Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb və keçirilən tədbirlərlə ictimai təhlükəli əməldə şübhəli bilinən F.Əfəndizadə tutularaq istintaqa cəlb edilib. Hazırda istintaq hərəkətləri davam etdirilir.

RƏYLƏR