Müəllimlərin iş yerinin dəyişdirilməsi zamanı bu amillər nəzərə alınacaq

OXUNUB: 928 SOSİAL
Azərbaycanda ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi zamanı müəllimlərin diaqnostik qiymətləndirilmədə göstərdiyi nəticə, müəssisələrin yerləşdiyi rayon və şəhər, dərs yükünün həcmi və digər amillər nəzərə alınacaq.

İcmal.Az-ın Trend-ə istinadla məlumatına görə, bu, "Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi qaydaları”nda öz əksini tapıb.

Qaydalara əsasən, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin tədris ili ərzində qarşılıqlı razılıq əsasında dəyişdirilməsi məsələsinə Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılır.

Ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış şəxslərin işə qəbulu Təhsil Nazirliyi tərəfindən müsahibə yolu ilə həyata keçirilir.
 
İcmal.Az

RƏYLƏR