Müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri bəlli olub

OXUNUB: 682 SOSİAL

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun mərhələsi (müsahibə) başa çatıb. 

 Namizədlərin nəticələri şəxsi səhifələrinə göndərilib. Müsahibədən uğurla keçib müəllim adını qazanan namizədlər  sentyabrın 5-dək təyin olunduqları müəssisələrdə və ya yerli təhsili idarəetmə orqanlarında qeydiyyatdan keçməlidirlər.

 

Müvafiq keçid balını toplayan, lakin  müsahibə mərhələsindən keçməyən namizədlər 5-7 sentyabr tarixlərində  keçiriləcək növbəti yerləşdirmədə iştirak edə bilərlər.


Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər  29-30 avqust tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt” xidməti, telefon: 146) zəng edə, [email protected] və Vətəndaşların Qəbulu Mərkəzivasitəsi ilə qeydiyyatdan keçə bilərlər. 

 

Apellyasiyanın keçiriləcəyi vaxt və yer barədə məlumat namizədin şəxsi səhifəsinə göndəriləcək.

 

 

İcmal.Az

RƏYLƏR