Müğənni 2 azyaşlı uşağını döydüyünü etiraf etdi

OXUNUB: 59 DÜNYA

35 yaşlı müğənni Kelli Klarkson öz etirafı ilə sosial şəbəkələrdə və mediada müzakirələrə səbəb olub. 

İcmal.Az axşam.az-a istinadən bildirir ki, ifaçı iki azyaşlı uşağını döydüyünü deyib. Bunu tərbiyə metodu adlandıran Kelli valideynlərinin də vaxtilə ona əl qaldırdıqlarını və bunun yaxşı üsul olduğunu söyləyərək mübahisəni daha da qızışdırıb: 

"Mən vəhşicəsinə döyməkdən danışmıram. Valideynlərim də vaxtilə mənə bir-iki sillə çəkib və nəticədə mən düzgün tərbiyə olunmuşam. Əvvəlcə uşaqlara xəbərdarlıq edirəm ki, sözümə baxmasalar, sillə vuracam".
 
Klarkson uşaqları ictimai yerlərdə döyməyin əleyhinə olduğunu da sözlərinə əlavə edib. 

 

Qeyd edək ki, Kellinin həyat yoldaşı Brendon Blekstokomdan üç yaşlı River adlı qızı, bir yaşlı Reminqton adlı oğlu var. O, əvvəlki nikahından isə 16 və 11 yaşlı iki uşaq dünyaya gətirib.

İcmal.Az

RƏYLƏR

{if AIN::getLib('request')->isMobile() } {/if}