Müğənni İntizar Mustafa Cecelinin eks-xanımı ilə eşq yaşamasından İLK DƏFƏ DANIŞDI: "Sevməkdən başqa..."

OXUNUB: 1083 ŞOU-BİZNES

Türkiyəli məşhur müğənni, ölkəmizdə də kifayət qədər sevilən Mustafa Cecelinin qalmqallı boşanmasının səbəbi kimi göstərilən və onun keçmiş həyat yoldaşı Sinəm Gediklə sevgi münasibətləri yaşadığı deyilən müğənni İntizar iddialarla bağlı ilk dəfə danışıb.

 İntizar dünən Uşak vilayətində verdiyi konsertdə Mustafa Cecelinin ünvanına sərt ifadələr işlədib:

"Yağış, palçıq deyərkən hoteldə darıxdım. Yağış yağsa da, səhnəyə çıxacağam dedim. Mahnılar susarsa, dünya bitər, insanlıq bitər. Eşqlə, hörmətlə hamınızı qucaqlayıram. Həyatım boyunca özümə görə heç bir ədəbsizliyim olmayıb. Başqa şansımız yoxdur, sevməkdən başqa. Ən böyük sirr təmənnasız sevməkdir. Necə pisliklər sarıyıb dörd bir yanımızı. Hansı ara bu qədər pis və çirkin olduq? Hakim, vəkil oldunuz. Cənnət, cəhənnəm oldunuz. Tut oldunuz, put oldunuz. İnsan ola bilmədiniz. Bir damla canımla məndən qorxdunuz. Halbuki, ilana belə zərər vermərəm. Mənim qəlbim şahiddir. Bu filmin sonunu maraqla gözləyirəm”.

Konsertin sonunda isə Sivasın bələdiyyə sədri Nihad Sazlıgöl İntizara çiyələk və çiçək hədiyyəsi verib.

Qeyd edək ki, Mustafa Ceceli 2017-ci ildə 9 illik həyat yoldaşı Sinəm Gediklə qalmqalllı şəkildə boşanmış, 5 gün sonra başqa qadınlar ailə qurmuşdu. O, oğlunu keçmiş həyat yoldaşından almaq üçün onun İntizarla intim görüntülərini məhkəməyə təqdim edib.

İcmal.Az

RƏYLƏR