Muganbank Xalqbanka başsağlığı verir

OXUNUB: 1149 İQTİSADİYYAT BANK
"Xalq Bank"ın Mərkəz filialının direktoru Yusif İsak oğlu Məmmədovun faciəvi şəkildə həyatını itirməsi ilə bağlı Muğabank kollektivi məhrumun yaxınlarına və Xalqbank kollektivinə dərin hüznlə başsağlığı verir, həmkarlarının və mərhumun yaxınlarının kədərini bölüşdüyünü bildirilir və Allahdan bu ağır itki üçün hər bir kəsə səbr diləyir.
Allah rəhmət eləsin!
Qeyd edilir ki, valideynləri tərəfindən nəzarətsiz qalan uşaqların sahildən uzaqda batdığını görən Yusif Məmmədov köməyə atılıb. Şahidlərin sözlərinə görə Y.Məmmədov üzüb uşaqlara çataraq onları xilas edib, amma özü boğulub.
 
 
 
7News.Az

RƏYLƏR