“Mülki əhalini hədəf alan Ermənistan Cenevrə Konvensiyasını kobud şəkildə pozur” – CBC Azərbaycan kanalı

OXUNUB: 1025 SİYASƏT

İyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri – 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Ermənistanın mülki əhalini və yaşayış məntəqələrini atəşə tutması ictimaiyyətdə ciddi rezonans doğurub. ATƏT və digər beynəlxalq təşkilatlar baş vermiş hadisə ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Mülki əhalinin qətlə yetirilməsini beynəlxalq hüquq normalarının pozulması kimi qiymətləndirən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov CBC Azərbaycan kanalına açıqlamasında 2 yaşlı körpə qızın qətlə yetirilməsini vəhşilik adlandırıb və bu insanlıq cinayətinin bütün beynəlxalq konvensiyalara, habelə Cenevrə Konvensiyasına zidd olduğunu bildirib: "Mülki əhalinin qətlə yetirilməsi Ermənistan hakimiyyətinin terrorçu mahiyyətini bir daha ortaya qoyur. Bu, erməni vəhşiliyinin ilk nümunəsi deyil. 90-cı illərin əvvəllərindən başlayaraq, Ermənistanın siyasi-kriminal hakimiyyəti müharibə qanunlarını kobud şəkildə pozaraq, mülki insanları və yaşayış məntəqələrini hədəf alır. Xocalı soyqırımı zamanı uşaqların amansızcasına qətlə yetirilməsi bunun bariz nümunəsidir. Əfsuslar olsun ki, erməni vəhşiliyi bugün də davam edir və beynəlxalq ictimaiyyət, insan haqları təşkilatları buna göz yumurlar.”

Mülki əhalinin atəşə tutulmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaqlarını deyən hüquq müdafiəisi Əhməd Şahidov ATƏT-in Varşavada keçiriləcək Zirvə Toplantısında da bu barədə məsələ qaldıracaqlarını bildirib: "Ermənistan bir çox beynəlxalq hüquqi aktları, habelə Cenevrə Konvensiyasını imzalayıb və üzərinə düşən öhdəliklərə əməl etməkdə borcludur. Bununla bağlı bütün beynəlxalq əlaqələrimizi səfərbər etmişik və rəsmi Yerevanın terrorçu mahiyyətini ifşa etməkdə davam edəcəyik”.

RƏYLƏR