Münhen qatar stansiyasında silahlı toqquşma — 5 nəfər yaralandı

OXUNUB: 845 DÜNYA
Almaniyanın Münhen şəhərindəki Unterföhring qatar stansiyasında silahlı insident baş verib.


Silahlı toqquşma nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır. Stansiya təxliyyə edilib.
 
Silahlı toqquşmanın səbəbi bilinmir. Hadisə yerinə çoxsaylı polis qüvvələri cəlb edilib. Alman polisindən verilən açıqlamaya əsasən 5 nəfər yaralanıb. Polis vəziyyətə nəzarət edir. Yaralananlardan biri polis əməkdaşıdır.
 
Münhen mətbuatının xəbərinə əsasən, pasport yoxlanışı əsnasında bir nəfər polisə atəş açıb. Yaralanan polis əməkdaşının vəziyyəti ağırdır./olke.az
 
İcmal.Az
 

RƏYLƏR