'Murad Arif tamaşaçı zövqünü oxşayan musiqi kompozisiyaları yaradır' - Gövhər Həsənzadə

OXUNUB: 1407 ŞOU-BİZNES
Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə Samir Bayramlının "Söhbətsiz” proqramında müasir bəstəkarlardan söz açıb.
Sənətçi söhbət zamanı Murad Arifin bəstəkar olmadığını bildirib:

"İfaçının bəstəkarlıq sənətinə yiyələnməsi çətindir. Murad Arif hit yazarıdır, tamaşaçının zövqünü oxşaya biləcək musiqi kompozisiyalarını yaradır. Murad heç vaxt "bəstəkarlığa iddialıyam” deməyib. "Mən bəstəkaram” dediyini də eşitməmişəm. Özüm belə bəstəkar adına layiq olmağa çalışıram. Ona görə də bir başqa insan gəlib deyə bilməz ki, mən də bəstəkaram, Fikrət Əmirov da, Tofiq Quliyev də. Murad Arif bəstəkar deyil, musiqi yaradıcısıdır. Çox da zövqlüdür. Gələcəkdə onun mahnıları estrada janrda olan ifalar içərisində yer alacaq. Bir-iki mahnı ilə olmur. Bəstəkarın klassik musiqi biliyi olmalıdır”./Axşam.az

İcmal.Az

RƏYLƏR