Murad Arifdən daha bir möhtəşəm mahnı – “MƏNƏ SƏN LAZIMSAN” (ÖZƏL AÇIQLAMA+VİDEO)

OXUNUB: 1230 ŞOU-BİZNES

7NEWS.az xəbər verir ki, tanınmış müğənni və bəstəkar Murad Arif bu yay sevənlərinin qarşısına xoş surprizlə çıxacaq. "MƏNƏ SƏN LAZIMSAN" adlı mahnını ilk dəfə Şimali Kiprdə "Respublika Günü” ilə bağlı tədbirdə səsləndirən (red. Mahnı əlavə edilib) müğənni 7NEWS.az-a özəl açıqlama verib: "Həyatımda ilk dəfədir ki, başqa bir müəllifdən, məxsusi olaraq özüm üçün mahnı alıram. Bildiyiniz kimi indiyənədək ancaq öz mahnılarımı oxumuşam. Bu dəfə bəstəkar Fərid Kərimli "MƏNƏ SƏN LAZIMSAN" adlı mahnını göndərəndə, ilk dinləmədən anladım ki, bu mahnını özümküləşdirə biləcəyəm. Sözlərini Həsən Babayevlə birgə yazdım. Aranjimanını isə "OPPALARA" və "TUFAN" mahnılarımı birgə işlədiyim Elvin İmanov etdi. Yaxın günlərdə bu mahnı bütün digital platformalarda, öz klipiylə təqdim olunacaq. Hələliksə, yalnız ölkə radiolarını dinləmək mümkündür”

Məlumat üçün qeyd edən ki, Murad Arifin "OPPALARA" mahnısı ötən ilin əsas xitinə çevrilmişdi. Dinləyicilərin ilkin təəssüratına görə "MƏNƏ SƏN LAZIMSAN" mahnısı reytinqinə görə digər mahnıları geridə qoyacaqdır.

7NEWS.az

RƏYLƏR