Müsəlmandan 100 milyon dollarlıq halal pizza iddiası: "Donuz əti vardı!" - VİDEO

OXUNUB: 796 MARAQLI

"Halal pizza kimi reklam etdikləri və satdıqları pizzanı aldım. Pizzada donuz əti vardı".

ABŞ-ın Miçiqan ştatındakı Dirborn şəhərində yaşayan Məhəmməd Bəzzi belə deyir.

İcmal.Az CBS Detroit-a istinadən bildirir ki, M.Bəzzi "Little Ceasars" restoranlar şəbəkəsindən məhkəməyə şikayətlənərək "halal pizza" adı ilə müştərilərə, habelə ona donuz ətli pizza satıldığını vurğulayıb. O, restoranlar şəbəkəsini müqavilə şərtlərini pozmaqda, yalan reklamda, qanunsuz gəlir əldə etməkdə və fırıldaqda suçlayıb. M.Bəzzi restoranlar şəbəkəsindən mənəvi təzminat qismində 100 milyon dollar tələb edib.

M.Bəzzinin dediyinə görə, martın 20-də o və arvadı "Schaefer Road" yolunun kənarında, "Schaefer" ticarət mərkəzindəki "Little Caesars" restoranına yollanaraq pepperoni pizzasını sifariş veriblər. Onlar masaya gətirilən pizzanın hazırlanmasında donuz ətindən istifadə olunduğunu anlayıblar.

Müsəlman ərlə arvad polisə şikayətləniblər.

Mayın 24-də situasiya təkrarlanıb. Bəzzi ailəsinin vəkili Məcid Muğninin dediyinə görə, baş verənlər biabırçılıqdır: "Müvəkkillərim bu rəzalətdən hamının xəbər tutmasını istədilər. Xüsusilə də Müqəddəs Ramazan ayında müsəlmanlar diqqətli olmalıdır".

 

"Little Caesars"ın nümayəndəsi Cill Proktor iddiaları əsassız sayıb.

Bu gün iddia ilə bağlı məhkəmə prosesinin ilk iclası keçirilməlidir.

İcmal.Az

Pizzadan donuz əti çıxdı

RƏYLƏR