Müşfiq Cəfərov ağsaqqallarla görüşdü - FOTOLAR

OXUNUB: 2476 Özəl SOSİAL
39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərovun təbliğat-təşviqat kampaniyası çərçivəsində ziyalılar və ağsaqqalarla görüş keçirib

 

19 yanvar 2020-ci il tarixində 39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Müşfiq Cəfərov təbliğat-təşviqat kampaniyası çərçivəsində Gəncə Veteranlar Şurasının sədri Yusif Məmmədovun təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatında yaradılmış qərargahda şəhər ağsaqqaları və ziyalıları ilə görüşüb.

Görüş zamanı namizəd Müşfiq Cəfərov ağsaqqalların, ziyalıların xeyir duasını alıb, tövsiyyə və təklifləri dinləyib. Tədbir iştirakçıları onları narahat edən problemləri və gələcəklə bağlı olan arzularını dilə gətiriblər. Görüşdə iştirak edən Gəncə şəhər Ağsaqqallar Şurasının rəhbəri Yusif Məmmədov, Gəncə Dövlət Universitetin dosenti Zəfər Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin professoru Adil Ramazanov və digərləri seçkidə namizədə tam dəstək olacaqları barədə çıxış ediblər.

Füzuli Hüseynov öz çıxışında xüsusi şəkildə vurğulayıb mən bu görüşə gələndə çıxış etmək fikrində deyildim. Ancaq, sizin tərcümeyi-halınızı nəzərdən keçirib, o cümlədən Sizin çıxınızı dinləyərək çox razı qaldım və çıxış etmək qərarına gəldim. Sizə minnətdaram ki, Siz başqa ölkələrə səfər etdiyiniz zaman orada gördüyünüz ən uğurlu layihələri bizim ölkəmizdə həyata keçirmək üçün cəhdlər etmisiz və cəhdlərinizin bir çoxu uğurlu alınıb, mən inanıram ki, Parlamentə sizin kimi gənclər lazımdı, qanunvericiliyimiz təkmilləşdirilməsi və innovativ layihələrin ölkəmizdə həyata keçirilməsi üçün.

 

Məmmədəli Novruzov görüş zamanı çıxışında demişdir: Biz inanırıq ki, siz şəhərimizdə mövcud olan problemləri ümumiləşdirərək Parlamentdə səsləndirəcəksiz və bu problemlər sayənizdə öz həllini tapacaq.


Zəfər Abbasov çıxışı zamanı dedi: Mən sizin haqqınızda olan məlumatları oxuyarkən, sizə qarşı olan müsbət fikirlərim və hörmətim birə beş artdı.

 

İki saata yaxın davam edən görüşün sonunda ağsaqqallar namizədi təbrik edib, ona bu yolda uğurlar arzu ediblər, sonda namizədlə birgə xatirə fotosu çəkilib.


 

 

 

 

 

 

 

 

 

 

RƏYLƏR