Müşfiq Cəfərov Gəncə şəhəri Nəriman Nərimanov prospekti sakinləri ilə görüşüb

OXUNUB: 1605 SOSİAL
26 yanvar 2020-ci il tarixində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizəd Müşfiq Cəfərov təbliğat- təşviqat kampaniyası çərçivəsində Gəncə şəhəri Nəriman Nərimanov prospekti bina 20 sakinləri ilə görüşüb.
Görüşün məqsədi haqqında məlumat verən təbliğat-təşviqat qrupunun üzvü Sahib Əmiraslanov gənc namizədin Gəncə əhalisinin Milli Məclisdə səsi olacağına və əhalini narahat edən problemləri, o kürsüdən səsləndirəcəyinə inandığını və sakinləri Müşfiq Cəfərov kimi xaricdə təhsil almış, Beynəlxalq təcrübəyə malik Vətənpərvər gəncə səs verməyə dəvət edib.
Soyuq havaya rəğmən görüşə qoşulan sakinlərə təşəkkür edən Müşfiq Cəfərov əhalini narahat edən problemləri dinləyib, seçildiyi təqdirdə onları Azərbaycan Respublikasının Milli Məclisində layiqincə təmsil edəcəyinə söz verib və bina sakini Mətanət Zeynalovanı evində ziyarət edib.
 
 

RƏYLƏR