Müşfiq Cəfərov seçiciləri seçkilərdə fəal iştirak etməyə səsləyib

OXUNUB: 1899 SOSİAL

Yeni Azərbaycan Partiyası tərəfindən 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülmüş Müşfiq Cəfərovla Gəncə şəhəri 39 saylı orta məktəbin akt zalında seçiçiləri ilə görüşü keçirilib.

Görüşü Təbliğat Qrupunun üzvü Hüseyn Budaqov açaraq, ölkəmizin siyasi sistemində aparıcı rola malik olan Yeni Azərbaycan Partiyasının 2020-ci il fevral ayının 9-da Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar keçiriləcək seçkilərə çox böyük həvəs və qələbə əzmi ilə qatıldığını bildirib. Görüşün məqsədi haqqında ətraflı məlumat verən Hüseyn Budaov bildirib ki, bu gün Azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar Milli Məclisin də dəyişilməsi, yenilənməsi zərurətini yaradır. 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülmüş Müşfiq Cəfərov da layiqli namizədlərdəndir.

Yeni Azərbaycan Partiyası tərəfindən 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən Milli Məclisə deputatlığa namizədliyi irəli sürülən Naqif Həmzəyev tədbirdə çıxış edərək, Azərbaycan mühüm siyasi hadisə ərəfəsində olduğunu qeyd edib. Naqif Həmzəyev fevralın 9-da keçiriləcək parlament seçkilərinin ölkəmizin siyasi həyatına xüsusi çalarlar qatacağını vurğulayıb.

Seymur Vəliyev, Müşfiq Cəfərovun 2007 –ci ildə Avropada "İlin Gənci” mükafatına layiq görülməsindən, Gəncə şəhərində ilk dəfə olaraq fəaliyyətə başlayan "Gənclərin Məşğulluq Resurs Mərkəzi”nin yaradılmasında xüsusi rolundan bəhs edib.

Amil Qurbanov öz çıxışında Gəncənin "Avropa Gənclər Paytaxtı 2016” və "Avropa İdman Şəhəri 2019” titullarına sahib olmasında Müşfiq Cəfərovun rolundan, hər iki titulun Gəncə gəncləri və idmançıları üçün əhəmiyyətini xüsusilə vurğulayıb.

Yusif Məmmədov, Ramil Qasımov, və Piri Axundov çıxış edərək qarşıdan gələn parlament seçkilərində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərovun qalib gələcəyinə əminliklərini bildiriblər.

Sonda Müşfiq Cəfərov seçiciləri fevralın 9-da Azərbaycan Respublikasının Mili Məclisinə keçiriləcək azad, demokratik seçkilərdə fəal iştirak etməyə səsləyib.


RƏYLƏR