Müşfiq Cəfərov Şəhid ailəsini ziyarət edib

OXUNUB: 1977 SOSİAL
Fevralın 9-da Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat – təşviqat kampaniyası çərçivəsində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən deputatlığa namizəd Müşfiq Cəfərov 22 yanvar tarixində şəhid ailəsini evlərində ziyarət edib.
İsaq Cəfərov küçəsində yaşayan Rüstəmovlar ailəsini ziyarət edib. Görüş zamanı Müşfiq Cəfərov qeyd edib: "Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını tanımalı, onların keçdiyi həyat yolundan çox şeyləri öyrənməlidir. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur”. İnanıramki, ordumuz işğal olunmuş torpaqlarımızı tezliklə azad edəcək və şəhidlərimizin ruhu şad olacaqdır.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə öz təşəkkürlərini bildiriblər və Müşfiq Cəfərova qarşıdan gələn növbədənkənar parlament seçkilərində uğurlar arzulayıblar.


Müşfiq Cəfərov Şəhid ailəsini ziyarət edib
Müşfiq Cəfərov Şəhid ailəsini ziyarət edib
 
 
 
 

RƏYLƏR