Müşfiq Cəfərov Şəhid Şahbuz Rəhimovun ailəsinin qonağı oldu

OXUNUB: 1947 SİYASƏT

 

28 yanvar tarixində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizəd Müşfiq Cəfərov Dədə Qorqud küçəsində yaşayan şəhid Şahbuz Rəhimovun ailəsinin qonağı oldu.

1994-cü ildə Qarabağ uğrunda gedən döyüşlər zamanı Fizuli rayonunda şəhid olan Şahbuz Rəhimovun ailəsini ziyarət edən Müşfiq Cəfərov, səmimi söhbət zamanı şəhidlik mərtəbəsinin müqəddəsliyindən, onların Azərbaycanın qürur yeri olmasından bəhs etdi və şəhid ailələrinin şəhidlərimizin bizlərə əmanəti olduğunu söylədi.

Söhbət zamanı ailə nümayəndələri hər kəsin seçkilərdə iştirak etməyinin vacibliyindən, Milli Məclisin formalaşmasında vətəndaşların aktiv olmasından danışıldı. 9 fevral Azərbaycan Respublikasının Milli Məclisinə keçirələcək seçkilərdə Müşfiq Cəfərovu dəstəkləyəcəklərini bildirdilər.


RƏYLƏR