Müşfiq Cəfərov Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə görüşüb

OXUNUB: 2346 GÜNDƏM

39 saylı Kəpəz (Gəncə) birinci seçki dairəsindən namizəd Müşfiq Cəfərov 24 yanvar 2020-ci il tarixində YAP Gəncə şəhər Təşkilatında Vətəndaş Cəmiyyətinin nümayəndələri ilə görüşdü

Görüşü Təbliğat Qrupunun üzvü Hüseyn Budaqov açaraq, QHT nümayəndələri arasında yeni gənc simaları gördüyünü, gənclərin vətəndaş cəmiyyətinin formalaşamasındakı əvəzzis rolunu qeyd etdi. Prezident İlham Əliyevin "QHT-lərə Dövlət Dəstəyi Şurası”nın yaradılması ilə bağlı verdiyi qərarın Vətəndaş Cəmiyyətinin nümayəndələrinə dövlət dəstəyinin göstəricisi olduğunu, Vətəndaş Cəmiyyətindən keçməyən birinin cəmiyyət üçün faydalı ola bilməyəcəyini və Müşfiq Cəfərovun Gənclər Sahəsindəki təcrübəsi ilə cəmiyyətə xidmət etməyə davam edəcəyinə əlavə etdi.

Şahin Ramazanov çıxış edərək: Müşfiq Cəfərov "Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin həmtəsisiçilərində biri olmaqla sadəcə Gəncə üçün deyil, eyni zamanda region gənclər üçün faydalı işlər gördüyünü, Beynəlxalq təcrübəni öyrənib Azərbaycanda tətbiq etdiklərini dedi. Müşfiq Cəfərov kimi bilikli və bacarıqlı gənc sadəcə Milli Məclisdə deyil, Beynəlxalq arenada da ölkəmizin maraqlarını qoruyacağına inandığını qeyd etdi.

QHT nümayəndəsi Məleykə Əlizadə çıxışı zamanı namizəd Müşfiq Cəfərovu tələbə zamanından tanıdığını və o zaman da çalışqan, savadlı tələbə olduğu barədə danışdı. Onun namizədliyinin irəli sürülməsi hal- hazırda ölkədə aparılan gənclər siyasətinə dəstəkdir. Azərbaycan kifayət qədər güclənmiş bir dövlətdir və müstəqil bir dövlətin vətəndaşları olduğumuz üçün fəxr edirik. Bu gün Azərbaycanı dünyada tanıyırlar və bunda Müşfiq Cəfərovun danılmaz xidmətləri var. Gənclərin problemlərinə yaxından bələd olan biri kimi, biz inanırıq o Gəncəbasar gənclərinin səsi olacağına və ölkəmizdə başlayan islahatlar dalğasından yeni uğurlar gözlədiyini vurğuladı.

Elşən Tağıyev Müşfiq Cəfərovu 11-ci sinifdə oxuduğu zaman "Gəncə Avropa Gənclər Paytaxtı 2016” tədbirlərindən birində tanıdığını və sonra gənclər sektoruna qoşulduğunu vurğuladı. Artıq dörd ildir ki, gənclər sahəsində fəaliyyət göstərdiyini və əldə etdiyi uğurlarda Müşfiq Cəfərovun rolu olduğunu əlavə etdi.

Görüşün sonunda Vətəndaş Cəmiyyətinin nümayəndələrinə iştirak etdikləri üçün təşəkkür edən Müşfiq Cəfərov, öz çıxışında: "Görüləcək işlər çoxdur, ölkə inkişaf etdikcə yeni problemlər meydana çıxır, Vətəndaş Cəmiyyəti ilə sıx əməkdaşlıq etməli və bu istiqamətdə dövlətə dəstək olmalıyıq. Biz öhdəmizə düşən işimizi, peşəmizi layiqincə etməli və ölkəmizin inkişafına töhfə verməliyik.”

Sonda kollektiv xatirə fotosu çəkildi.






RƏYLƏR