Müşfiq Cəfərovun “Qarabağ Qaziləri” Ambutant Futbol Federasiyasının Gəncə Komandasının Üzvləri ilə Görüşü Təşkil Olundu

OXUNUB: 1575 SOSİAL
25 yanvar tarixində 39 saylı Kəpəz birinci (Gəncə) seçki dairəsindən namizəd Müşfiq Cəfərovun təbliğat- təşviqat kampaniyası çərçivəsində Gəncə şəhəri Yeni Azərbaycan Partiyası Təşkilatında "Qarabağ Qaziləri” Ambutant Futbol Federasiyasının Gəncə Komandasının üzvləri ilə görüşü təşkil olundu.
Qazilərdən ibarət olan Ambutant futbol komandasının 16 nəfər üzvünün iştirak etdiyi görüşdə açılış nitqini edən Təbliğat Qrupunun üzvü Hüseyn Budaqovun görüşün məqsədi haqqında məlumat verən hüseyn budaov, bu gün azərbaycanda həyata keçirilən hərtərəfli islahatlar milli məclisin də dəyişilməsindən, Qazi və Şəhidlərin millət və dövlət üçün qürur mənbəyi olduğunu qeyd etdi.
Komandanın məşqçisi Vüsal Qurbanov Qazilərimizin Şəhidlərimizdən sonra cəmiyyətdəki statusundan danışdı. Daim dövlət başçısının diqqətində olduqlarını bütün imtiyazlarla təmin olunduqlarını qeyd edən baş məşqçi seçki günündə də Müşfiq Cəfərovu dəstəkləyəcəklərini söylədi.
Təbliğat- təşviqat qrupunun üzvü Sahib Əmiraslanov gənc namizədin Milli Məclisdə Gəncə əhalisinin səsi olacağına inandığını və qaziləimizi Müşfiq Cəfərov kimi xaricdə təhsil almış, Azərbaycanın maraqlarını qorumağa qadir, Beynəlxalq təcrübəyə malik Vətənpərvər Gəncəli gəncə səs verməyə dəvət etdi.
Görüşün sonunda çıxış edən Müşfiq Cəfərov tanışlıq məqsədilə özü barədə məlumat verdi, hörmətli qazilərimizə Vətən azadlığı uğrunda mübarizə apardıqları üçün təşəkkürünü bildirdi. Daha Güclü Azərbaycan Naminə birlikdə çalışmağa, seçkilərdə fəal iştirak etməyə dəvət etdi.
 

RƏYLƏR