"Musiqinin paytaxtında doğulmusan" - Türk musiqi müəllimi Azərbaycan haqqında - VİDEO

OXUNUB: 685 ŞOU-BİZNES
Youtube video izləmə platformasında müxtəlif musiqiçilərin səs analizini edən Əmrə Yücələn azərbaycanlı gənc musiqiçi Əli Türkoğlu (red. Bayramov) ilə birlikdə videosunu paylaşıb.

 Əlini verlişinə çağıraraq onun səsini canlı analiz edən Əmrə Azərbaycanı musiqinin paytaxtı adlandırıb.

Yücələn bu günə kimi Alim Qasımov, Azər Zeynalov, Tacir Şahmalıoğlu, Tünzalə Ağayeva və Sevda Ələkbərzadə kimi musiqiçilərin səs analizlərini də edib. Azərbaycan musiqisini çox sevən Əmrə yaxın keçmişdə ölkəmizə səfər etmiş, gənc musiqiçilərlə görüşmüşdü.

Qeyd edək ki, Əli Türkoğlu Youtube-da ən çox izlənən azərbaycanlı musiqiçidir. Onun türk müğənni Tuğçe Kandemirlə birlikdə səsləndirdiyi "Bu benim öyküm" parçası 104 milyon dəfə izlənib.

Əli və Əmrənin birlikdə vidousunu təqdim edirik:/milli
 

İcmal.Az

RƏYLƏR