Müxalifətin xaos qrupu - Allahverdi Nadiroğlunun ŞƏRHİ

OXUNUB: 711 GÜNDƏM AZƏRBAYCAN SİYASƏT
Hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə, həmçinin, destruktiv fəaliyyət mexanizmi ilə gündəmə gələn radikal müxalifət siyasi palitrada dağıdıcı subyekt qismində çıxış etməklə, özünün korporativ, anti-Azərbaycançı, qərəzli xarici dairələrin isə transmilli maraqlarının təmin olunması üçün ən müxtəlif metod və texnologiyalara istinad edir. Daha da dəqiqləşdirsək, sosial bazası və reytinqi, demək olar ki, olmayan, Azərbaycan siyasi palitrasında funksionallığını çoxdan itirmiş və disfunksiya nümunəsi qismində çıxış edən radikal müxalifət daha çox anarxist və radikal meyillərlə müşayiət edilən, özündə təxribatçı və manipulyasiya xarakterli taktika və niyyətləri ehtiva edən siyasi fəaliyyət mexanizmindən yararlanmağa çalışır. Radikal müxalifətin "mitinq” kimi səciyyələndirməyə çalışdığı son təxribatçı aksiyalarda müşahidə olunan faktlar və reallıqlar da bunu göstərən bariz nümunələrdəndir. 
 

RƏYLƏR