"Muxtar Babayevin 3 illik fəaliyyəti yarıtmazdır" - EKOLOGİYA NAZİRİNƏ SƏRT İTTİHAM

OXUNUB: 863 index-manşet GÜNDƏM İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Aqil Ələsgər jurnalistlərin ağacəkmə prosesinə cəlb edilməsinə münasibət bildirərkən deyib: "Ekologiya və nə bilim nə Nazirliyi sabah jurnalistləri nazir Muxtar Babayevlə Zığda iməcliyə aparırmış. Dəyərli İradə xanımın xətrinə dəyməmək üçün dəvət zəngini açmadım. Çünki bir gün öncə başqa bir dəyərli həmkarım vasitəsilə iməclikdən xəbərdar olmuşdum. Bəs niyə Muxtar Babayevlə birlikdə ağac əkib, gül qoxlamaqdan imtina etdim? 
İzah edim. Hesab edirəm ki, bu kimi iməcıiklər media-dövlət qurumu əlaqələrinin möhkəmlənməsindən daha çox nazirin PiaRına xidmət edir. Əlbəttə, PRı haqq edənlə şəkil də çəkdirmək olar, ancaq Muxtar Babayev bunu haqq etmir. Bu gün Muxtar Babayev ekologiyadan məsul şəxs kimi hətta "Azərkimya”nın rəhbəri olduğu zamandan daha çox ekologiyamıza zərbə vurmaqdadır. Üç il ərzində yarıtmaz, heç bir yadda qalan fəaliyyətə imza atmamaqla birlikdə, sələfi Hüseynqulu (pardon, Hüseyn) Bağırovun TİKMƏYİ yarımçıq buraxdığı ekologiyamızı kefi istədiyi şəkildə TİKƏN Muxtar Babayevlə eyni şitilin dibini belləmək peşəmizdən öncə təbiətə, fauna və floraya xəyanətdir. Əlbəttə, kimsə mənim kimi düşünmək məcburiyyətində deyil, ancaq ekoloji cəhətdən təmiz, yaşıl Azərbaycanın yolunun Muxtar Babayev kimilərsiz Ekologiya və Təbii Sərvətlər Nazirliyindən keçdiyi düşüncəsimdəyəm. Ulu Öndərimizin "qollarım” dediyi meşələrimizi qoruya bilməyənlərin iməcliyi sadəcə, imitasiyadır...
Sayğılarımla..."

RƏYLƏR