Mövlud Çavuşoğlu Reks Tillersonla Suriya məsələsini müzakirə edib

OXUNUB: 855 DÜNYA
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə amerikalı həmkarı Reks Tillerson arasında telefon danışığı baş tutub.


"Ölkə.Az" xəbər verir ki, hər iki diplomat Suriya böhranı və Türkiyə prezidentinin ABŞ səfərini müzakirə edib.

Bu barədə Türkiyənin diplomatik mənbələri məlumat paylaşıb. Məlumata əsasən Tillersonun təklifi ilə türkiyəli nazirlə telefon görüşü həyata keçirilib. Nazirlərin əsas müzakirə mövzusu gələn həftə Ərdoğanın ABŞ-a səfəri olub. Bundan başqa Suriya məsələsi və Astana prosesi də müzakirə edilib.
 
İcmal.Az

RƏYLƏR