Mövlud Çavuşoğlu: Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün bütün səyləri göstərir

OXUNUB: 72 index-manşet DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SİYASƏT
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində bütün səyləri göstərir. Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, Ankara münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarıdır.

Qeyd edək ki, iki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları nəticəsində başlayıb. Dağlıq Qarabağ və ona sərhəd yeddi rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar, və o dövrdən bəri ATƏT Minsk qrupunun himayəsində və Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ ki uğursuz sülh danışıqları davam etdirilir.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi işğal olunmuş Dağlıq Qarabağ və ona sərhəd rayonların azad edilməsi barədə dörd qətnamə Ermənistan tərəfindən bugünədək icra olunmayıb.

RƏYLƏR