Nabranda itkin düşən 3 yaşlı İsmayıl TAPILDI

OXUNUB: 627 SOSİAL
İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

APA-nın şimal bürosunun xəbərinə görə, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu Nabrandakı istirahət mərkəzlərindən birinin ərazisindən axan çayın kənarında aşkarlanıb.
 

İcmal.Az

RƏYLƏR