Nadir Qafarzadə qarət olunub – VİDEO

OXUNUB: 851 ŞOU-BİZNES

Məşhur müğənni Nadir Qafarzadənin evindən xeyli miqdarda pul oğurlanıb.

İcmal.Az xəbər verir ki, ifaçı bu barədə "ATV”-də yayımlanan "Bizimləsən” verilişində söyləyib.

"Oğurluq hadisəsi barədə mətbuata demədim. Avqustda baş verib. Evimdən böyük məbləğdə pul oğurlanıb. Amma bu məsələni araşdırmadım. Bildim ki, oğru yad adam deyil. Buna görə polisə müraciət etmədim. Utandım ki, oğru birdən qohumum çıxar.

Şübhələnməyək deyə, bir yığım pulun içindən 30, birindən 20, o birindən 5 ədəd aparmışdılar”, - deyə o bildirib.

İcmal.Az

RƏYLƏR