Nalbandyan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün tarixini açıqladı

OXUNUB: 742 SİYASƏT

Ermənistan və Azərbaycan xarici işlər nazirləri Edvard Nalbandyan və Elmar Məmmədyarovun Nyu-Yorkda görüşünün sentyabrın 23-də keçiriləcəyi təsdiqlənib.

İcmal.Az-ın APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan xarici işlər naziri Edvard Nalbandyan "Amerikanın səsi" radosuna bildirib.

Erməni nazir deyib ki, görüşdə prezidentlərin mümkün görüşünün təşkili və ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri müzakirə olunacaq.

İcmal.Az

RƏYLƏR