Namiq Qaraçuxurlu ikinci dəfə əməliyyat olunacaq - FOTO

OXUNUB: 1550 ŞOU-BİZNES

Ayağı sınan meyxanaçı Namiq Qaraçuxurlunun gipsi açılıb.

Bu barədə meyxanaçı instaqramda məlumat verib. Hazırda özünü yaxşı hiss etdiyini deyən sənətçi səhhəti haqqında bunları deyib:

"Mənim üçün nigaran qalıb "Ayağın necə oldu?” sualını verən insanlara məlumat verməyi özümə borc bildim. Bu gün əməliyyatdan bir ay keçdi və rentgen müayinəsinə getdim. Şükür, hələ ki hər şey qaydasındadır. Həkimlərin məsləhəti ilə ayağımdakı gipsi açdıq. Bununla da vəziyyətim bir az da yüngülləşdi. Digər yaraların da sağalması üçün bir az vaxt lazımdır.

İçəridə şuruplarla bağlanan titanı isə 1 il yarımdan sonra əməliyyatla xaric edəcəklər. Ayağa qalxıb yavaş-yavaş yerimək üçün hələ 3-4 həftə var. Sizin dualarınız və Allahın mənə verdiyi səbr, güc sayəsində 1 ayı geridə qoydum. Qarşıdakı günləri də dözüm və səbirlə yola salaram. Qayğıma qalan insanlara təşəkkür edirəm. Allahın verdiyi hər ana təşəkkür”./publika

İcmal.Az

RƏYLƏR