Namusa görə ürəyindən güllələdi: "Muxtar qardaşının ailəsi ilə cinsi əlaqədə olurdu" - Azərbaycanda

OXUNUB: 1294 HADİSƏ
Ötən gün Beyləqan rayonu Dünyamalılar kəndində baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.

Dünyamalılar kəndində Xocavənd rayonundan məcburi köçkün kimi məskunlaşan 38 yaşlı Mustafayev Muxtar Yaqub oğlu həmin kənd sakini 27 yaşlı Bayramov Əli Əlövsət oğlunu özünə məxsus odlu silahla qətlə yetirib. Sonra isə könüllü olaraq rayon polis şöbəsinə gedərək təslim olub. Hadisənin təfərrüatları ilə bağlı kənd icra nümayəndəsi Mürşüd Xudaverdiyev bunları bildirib:

"M.Mustafayev fərdi əməklə məşğul olub, qardaşı da Qarabağ döyüşlərində şəhid olub. Normal ailə kimi xarakterizə olunurlar. Ə.Bayramov isə tüfeyli həyat tərzi keçirib, dəfələrlə Muxtara qarşı nalayiq sözlər işlədib. Bir neçə gün öncə isə zivədən Muxtarın ailəsinə məxsus paltarları oğurlayıb. Həmçinin kənddə söz yayıb ki, guya Muxtar qardaşının ailəsi ilə cinsi əlaqədə olur. Bu sözləri eşidən Muxtar Əli ilə təklikdə söhbət edərək bildirib ki, "kənddən köç get, harda yaşayırsan yaşa”. Ancaq Əli bu sözlərdən nəticə çıxarmayıb. Muxtarda namusunu qorumaq üçün evində olan silahla Əlinin ürəyinə bir güllə vuraraq onu qətlə yetirib”. 
Faktla bağlı Beyləqan rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və M.Mustafayev şübhəli şəxs qismində həbs edilib. olke.az

İcmal.Az

RƏYLƏR