"Nar & şərab" restoranında fantastik qiymət: Yarım letirlik BADAMLI 3 manat -ŞOK FAKTLAR

OXUNUB: 1255 Özəl İQTİSADİYYAT

Burada yaradılmış infrastrukturdan faydalanmaq üçün ilk növbədə 20 manat ödəyərək içəri daxil olmalısan. 


Yay mövsümü, çimərlik sezonu başladısa, əsas diqqət dənizkənarı restoranlara, istirahət mərkəzləri və otellərə yönəlir.
Lakin diqqət çəkən məqamlardan biri yenə də xidmət səviyyəsi və qiymətlərdir. Xidmət öncəki illərlə müqayisədə müsbətə doğru dəyişsə də, qiymətlər orta səviyyəli Azərbaycan insanının büdcəsinə uyğun olmamaqla əlçatmazlığını qoruyur. Məsələn, Narşərab restoranı və istirahət mərkəzinə yolu düşənlər ən sadə menyu üçün 60 manatdan çox hesab ödəməli olacaqlar.
Narşərab restoranının özünə məxsus qayda-qanunları var. Burada yaradılmış infrastrukturdan faydalanmaq üçün ilk növbədə 20 manat ödəyərək içəri daxil olmalısan. 

Masaya oturar-oturmaz ofisiant acizanə şəkildə yaxınlaşıb xəbərdarlıq edir ki, ən azı 50 manatlıq sifariş verməlisiniz. Sadə çay yalnız yemək süfrəsində 50-60 manatlıq hesab ödəyənlər üçündür ki, bunun da qiyməti 20 manatdır. Yeməklərə gəlincə, kababların 1 şişi 15-20 manat, sac 20-30 manat, salatlar isə 5 manatdan başlayan qiymətlərlə təklif olunur. Qaydaya görə, minimum 30 manat xərcləmədən bu istirahət mərkəzində dincəlmək mümkün deyil.
Restoranda diqqət çəkən bir məqam da, sadə plastik qabda olan yarım letirlik Badamlı suyunun 3 manata olması və ödəyəcəyiniz hesabın 10 faizi qədər xidmət haqqının tutulmasıdır. Məsələn, əgər 100 manatlıq bir hesab ödəyəcəksinizsə, sizdən əlavə olaraq 10 manat da xidmət haqqı tutulacaq. Bu yazılmamış qanun demək olar ki, əksər restoran və istirahət mərkəzlərində tətbiq olunur. Sadə dillə desək , bu ofisianta verilən "çayavoy”un rəsmiyyətə dönüşən halıdır. Sözügedən məqam xidmətin yaxşılaşmasını stimullaşdırır. Belə ki, ofisiant maaşından əlavə, qulluq etdiyi hər müştəridən 10 faiz xidmət haqqı aldığını nəzərə alaraq, daha yaxşı xidmət göstərməyə və daha çox müştəriyə qulluq etməyə çalışır.

İddia olunur ki, qiymətlərin bu cür yüksək olmasına və müştərilərə 1 çaynik çay üçün qeyri-adi şərtlərin qoyulmasına səbəb Xaricilərin rahat istirahətini təmin etmək üçün azərbaycanlıların burdan didərgin salınmasıdır.

Narşərab restoranında fantastik qiymət: Yarım letirlik BADAMLI 3 manat -ŞOK FAKTLAR

RƏYLƏR