Nardaranda silah-sursat tapıldı

OXUNUB: 865 HADİSƏ

Nardaran sakininin evindən silah-sursat aşkarlanıb.

İcmal.Az DİN-in saytına istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş Natiq Şahbazova məxsus yardımçı təsərrüfata baxış zamanı oradan lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı tüfəng, səs boğucu və 8 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

İcmal.Az


RƏYLƏR