"Narkotikdən istifadə edirəm, niyə gizlədim ki?" - Tanınmaz hala düşən meyxanaçı Aydın

OXUNUB: 1400 ŞOU-BİZNES
Xəbər verdiyimiz kimi, meyxanaçı Aydın Xırdalanlının sosial şəbəkələrdə yayılan fotosu çoxsaylı müzakirələrə səbəb olub.

Olduqca tanınmaz hala düşən meyxanaçı səhhəti haqqında yenicag.az-a danışıb. O bildirib ki, tamamilə dəyişməsinin səbəbi arıqlamasıdır:

"Arıqladım, birdən-birə hamıya qəribə gəldi. Adam var, bir dəridir, bir sümük, ona heç deyən yoxdu ki, niyə bu gündəsən?! Kök olub arıqlamağın da belə problemləri var. Göz öyrəşməyib, ona görə məni görüb şoka düşmüsünüz".

O, narkotik qəbul etdiyinə dair gəzən şayiələri isə doğrulayıb:

"Şayiə niyə olur ki, olanı danışıblar da… Narkotikdən istifadə edirəm də, bunu niyə gizlətməliyəm ki? Onsuz da məni tanıyan tanıyır. Biz anadan elə narkotiklə doğulmuşuq".
 
İcmal.Az

RƏYLƏR