NASA Marsa göndərməyi planlaşdırdığı robotu nümayiş etdirib — VİDEO

OXUNUB: 746 DÜNYA
Amerika Kosmik Agentliyi və Lindon Conson adına Kosmik Mərkəzin mütəxəssisləri gələcəkdə Marsa göndərilməsi planlaşdırılan "Valkiriya” (Valkyrie) robot-qumanoidinin imkanlarını nümayiş etdiriblər.


İcmal.Az Report-a istinadən xəbər verir ki, yeni robotun sınaq videosu, idarəetmə alqoritmini yaratmış "IHMC Robotics” institutunun "YouTube” kanalına yerləşdirilib.

"Valkiriya” baş, çiyin, qarın və ayaqlarına yerləşdirilmiş təqribən 200 ötürücü ilə təchiz olunub. Onlardan alınan məlumatlar, robota, növbəti addım üçün daha münasib yer seçməkdən ötrü qiymətləndirmə aparmaq imkanı verir.

"Valkiriya”, gözlənildiyi kimi, Qırmızı planetin mənimsənilməsində Marsın ilk müstəmləkəçilərinə kömək edəcək.
 
 
İcmal.Az


Video Player
 

RƏYLƏR