Nataşadan ittiham: "Ronaldu məndən seks üçün istifadə etdi"

OXUNUB: 1193 İDMAN

Kriştianu Ronaldu məni seks üçün istifadə edib.

İcmal.Az yenicag.az-a istinadən xəbər verir ki, bu iddia ilə portuqaliyalı model Nataşa Rodriges çıxış edib.

Nataşa bildirib ki, Ronaldunun sevgilisi Corcina Rodriges hamilə olarkən portuqaliyalı ulduz onunla yatıb:

"Ronaldunun Corcina ilə sevgili olmasından xəbərsiz idim. Onunla uzun müddət yazışdıqdan sonra görüşdük. Həqiqətən də, Ronaldu ilə üz-üzə gəlmək xoş idi. Kriştianu ilə birlikdə gecə keçirdik. İndi başa düşürəm ki, o, məndən seks üçün istifadə edib. Amma yenə də təəssüflənmirəm. Çünki onunla bir gecə keçirmək mənim arzum idi".

 

Qeyd edək ki, Ronaldu ötən gün 4-cü dəfə ata olub. Maraqlıdır ki, Nataşanın özü də 8 aylıq hamilədir.

İcmal.Az

RƏYLƏR