Natavandan Röya və Elnarəyə barışıq jesti

OXUNUB: 664 ŞOU-BİZNES

Müğənni Natavan Həbibi uzun müddətdir küsülü olduğu rəfiqələri – Əməkdar artist Röya Ayxan və Elnarə Xəlilovaya barışıq əli uzadıb.

İcmal.Az-ın məlumatına görə, Natavan "Planet parni iz Baku” komandasının onları parodiya etdiyi videosunu "Instagram” səhifəsində paylaşaraq "Ay səni... Röya Ayxan və Elnarə Xəlilova, günün mövzusu. Sizi öpürəm” sözlərini yazıb.

Natavan paylaşımında rəy bölməsini bağlayıb.

Qeyd edək ki, E.Xəlilova da "Xəzər maqazin” verilişinə açıqlamasında keçmiş rəfiqələrinin ünvanına təriflər yağdırmışdı. O, Natavan və Röyanı nəzərdə tutaraq "Üçümüzün də əqidəmiz, amalımız, ürəyimiz birdir. Müxtəlif məsələlərə eyni yanaşırıq” sözlərini deyib.

Xatırladaq ki, rəfiqələrin küsməsinə səbəb Röya və Elnarənin Natavanın solo konsertinə gəlməməsi olmuşdu. Daha sonra isə onlar bir-birinin ünvanına sərt sözlər demişdi.

İcmal.Az

RƏYLƏR