Natavandan Xatuna cavab: "Onlara pul ödəyirəm"

OXUNUB: 845 ŞOU-BİZNES

Müğənni Natavan Həbibi həmkarı Xatun Əliyevanın onun ünvanına dediyi "anakonda" sözünə münasibət bildirib.

İcmal.Az axşam.az-a istinadən bildirir ki, sənətçi bununla bağlı sualları cavablandırmayacağını deyib. Natavan Xatunu ələ salıb və bildirib ki, bu cür söz-söhbətlər onu gündəmdə saxlayır:

"Lal deyiləm ki, istəsəm danışardım. Deyirlər, Natavan özündən razıdır, "mən-mən" deyir. Fərqimiz elə budur ki, mən özümdən, onlar da məndən danışırlar. Nə qədər istəyirlər danışsınlar. Mənim gündəmimi illərdir saxlayanlar var. Heç nə etmirəm, görürsüz ki, onlar edirlər. İşləyirəm, amma mənə kömək edirlər. Onlara pul ödəyirəm. Hamısına ayda bir dəfə "kanvert" gedir ki, çıxıb haqqımda danışsınlar (gülür). Hamısına icazə verirəm danışmağa".

 

Qeyd edək ki, Xatun "ATV maqazin onlarla" verilişində Natavanı "anakonda" adlandırmışdı. Sənətçi bildirmişdi ki, Natavanla bir vaxtlar yaxın olublar, amma sonra araları dəyib.

İcmal.Az

RƏYLƏR