Natiq Cəfərli: "Bəzi müxalif qüvvələr bizi hökumətə işləməkdə ittiham edir" - MÜNASİBƏT

OXUNUB: 743 SİYASƏT

REAL Hərəkatı Milli Şura, AXCP və Müsavat Partiyasının martın 10-da keçirəcəyi mitinqdə iştirak etməyəcəkləri barədə verdiyi qərara görə bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən kəskin təhqirə məruz qalıb.

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib ki, sosial şəbəkələrdə gedən müzakirələrə də Azərbaycan statistika komitəsinin prinsipi ilə yanaşılır: "Yəni tənqidlər görünür, amma dəstəklər görünmür. Dünən sosial şəbəkədə yazdığım bir statusu 700 nəfərdən artıq istifadəçi bəyənib, 100-dən çox şərh yazılıb, müxtəlif saytlar tərəfindən dərc olunub. Təbii ki, biz bu qərarın birmənalı qarşılanmayacağını bilirdik. Eyni zamanda, bu məsələdə haqlı olduğumuzu da bilirik. Bu gün bizə qarşı qeyri-etik ifadələr işlədən insanlar bizim haqlı olduğumuzu görüb ya üzr istəyəcəklər, ya da sabah bir-birlərini təhqir etməyə başlayacaqlar”.

Natiq Cəfərlinin eyni zamanda REAL-ın ünvanına müxalifət cəbhəsindən söylənilən proqnozlara da öz münasibətini bildirib: "2013-cü ildə REAL Hərəkatı Milli Şuraya getməməklə bağlı qərar verdikdə də müxalifət liderləri tərəfindən REAL-ın ünvanına – REAL bitdi, tükəndi, REAL-ı basdırmaq lazımdır kimi fikrlər sələndirilirdi. Amma 2013-cü ildən bu günə ölkədə ən surətlə böyüyən siyasi təşkilat məhz REAL oldu. Hazırda REAL-ın 19 bölgədə ofisi fəaliyyət göstərir, 2000-dən (iki min) artıq üzvü var. Azərbaycanda yeganə təşkilatdır ki, 70 səhfədən ibarət inkişaf proqramı hazırlayıb. Yəni insanlar sözü, fikri müzakirə edərkən qeyri-etik ifadələr yol verməməlidirlər. Biz kəskin tənqidə açıq adamlarıq, biz tənqidi çox sevirik. Qeyri-etikifadələrə keçirlərsə, deməli onların arqumentləri yoxdur. Çox qəribədir ki, REAL-ın atdığı addımları nə hökumət, nə də ənənəvi müxalifətin bir qismi başa düşmür. Belə ki, hökümət bizim verdiyimiz açıqlamaları görəndə Qərbə satılmaqda, düşmən dəyirmanına su tökməkdə günahlandırır. Bəzi müxalif qüvvələr də dediklərimizi anlamadıqda bizi hökumətə işləməkdə ittiham edir. Ölkədə çox primitiv situasiya yaradıblar. Bu primitiv situasiyadan da ən çox hökumət yararlanır. Bunun da günahının bir qismi isə ənənəvi müxalifə qüvvələrdədir”.

BNEWS.az

RƏYLƏR