Naxçıvan-Məşhəd reysi bərpa oluna bilər

OXUNUB: 643 İQTİSADİYYAT

Azərbaycan və İran 2018-ci ilin yanvarında Naxçıvan-Məşhəd-Naxçıvan sürət qatarının işini bərpa etməyi planlaşdırır.

İcmal.Az xəbər verir ki, bunu Trend-ə İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom deyib.

Konsul qeyd edib ki, bu məsələ ilə bağlı hər iki ölkənin dəmir yolu qurumları işləyir.

O, bu marşrutun işinin bərpa olunmasının hər iki ölkədə turizmin inkişafına xidmət edəcəyini bildirib.

 

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan reysi 2016-cı ilin dekabrında işə salınmışdı, lakin texniki səbəblərlə əlaqədar bu marşrut dayandırılmışdı.

İcmal.Az

RƏYLƏR