Nazarbayevə ömürlük vəzifə verildi

OXUNUB: 39 DÜNYA

Qazaxıstan prezidenti Nursultan Nazarbayev səlahiyyətlərinin xeyli genişləndirilməsi ilə ölkənin Təhlükəsizlik Şurasına ömürlük rəhbərlik etmək hüququ əldə edib.

İcmal.Az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə qanun "Qazaxıstan həqiqəti” rəsmi qəzetində dərc edilib və qüvvəyə minib.

"Tarixi missiyanın rəhbəri kimi Təhlükəsizlik Şurasına rəhbərlik hüququ Qazaxıstan Respublikasının birinci prezidentinə - Elbaşına (millətin lideri - Nazarbayevə) ömürlük məxsusdur", - qanunda qeyd edilib.

Sənəd daha əvvəl parlament tərəfindən bəyənilib və iyulun 5-də prezident tərəfindən imzalanıb. Konstitusiya Şurası qanunun konstitusiyaya uyğunluğunu tanıyıb.

Ədliyyə naziri Marat Beketayev fevralda bildirmişdi ki, Nazarbayevə belə bir hüququn verilməsi konstitusiya islahatına əsaslanır və sabitliyin möhkəmləndirilməsi amilidir.

İcmal.Az

RƏYLƏR